Arxiv
8 Noyabr 2018, 12:18 | ÖLKƏ
Azərbaycanın Ukraynadakı səfirliyi: “Azər Xudiyev Tələt Əliyev barəsində Avakova müraciət etməyib”  

Azərbaycanın Ukraynadakı səfriliyi son günlərin qalmaqallı məsələsi - eks-səfir Tələt Əliyevlə hazırkı səfir Azər Xudiyevin mübahisəsi haqda məlumat yayıb. Səfirlikdən Modern.az-a daxil olan məlumatda bildirilib:


“Bəzi kütləvi informasiya vasitələrində keçmiş səfir Tələt Əliyevin hazırkı səfir Azər Xudiyevə qarşı səsləndirdiyi əsassız ittihamlarla bağlı Milli Məclis üzvlərinin narahatlığına səbəb olan məqamlara dair aşağıdakıları bildirmək istəyirik: 


2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı Səfirliyin inzibati binası  təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə Səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilib və müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir.


Bildirmək istəyirik ki, 2007-2009-cu illərdə Səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.


Daha sonra səfir A.Xudiyev S.Həşimovanı Səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.


S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır.


Səfirlik tərəfindən T.Əliyevlə bağlı hər hansı məsələdə yerli hüquq-mühafizə orqanlarına, eləcə də Ukrayna daxili işlər naziri A.Avakova müraciət edilməyib. Hesab edirik ki, xüsusilə A.Avakovun adının hallandırılması və bu ətrafda eyforiya vəziyyətinin yaradılması məqsədyönlü və qərəzli xarakter daşıyır.


Onu da xüsusilə qeyd etmək istəyirik ki, sözügedən məsələ ilə bağlı yekun hüquqi qiymətin verilmədiyi halda bəzi kütləvi informasiya vasitələrində hər-hansı bir fikrin söylənilməsi məqsədəmüvafiq deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19