Modern.az

Rus raketlərinin az bir hissəsi ABŞ-ı Yer üzündən silə bilər – Nüfuzlu nəşrdən həyəcan SİQNALI

Rus raketlərinin az bir hissəsi ABŞ-ı Yer üzündən silə bilər – Nüfuzlu nəşrdən həyəcan SİQNALI

8 Noyabr 2018, 13:40

“Rusiya təxminən 528 sualtı və yerüstü ballistik raketə malikdir”.

 

Modern.az nüfuzlu “National İnterest” jurnalına istinadən xəbər verir ki, həmin raketlərin az bir hissəsi belə ABŞ-ı yer üzündən silməyə imkan verir.

 

“Buna Rusiyanın yaxın vaxtlarda istifadəyə verəcəyi “Avanqard” hipersürətli raketlərini misal gətirmək olar. Həmin raket səsdən 20 dəfə daha sürətlə hərəkət edir. Rusiya prezidenti Putin bu raketlərin hazırlanmasını ABŞ-ın öz hava hücumundan müdafiə sistemini təkminləşdirməsi ilə əlaqələndirmişdi”-deyə “National İnterest” jurnalı yazıb.

 

Jurnalın məlumatına görə, ABŞ-ın reallıqda güclü hava hücumundan müdafiə sistemi yoxdur və rus raketləri qarşısında ölkə məhv ola bilər.

 

“İndi ABŞ hələ Şimali Koreya kimi kiçik dövlətlərin ballistik raketlərini vuran sistem hazırlamağa çalışır”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir