Modern.az

I qrup əlillərin sayı artıb

I qrup əlillərin sayı artıb

8 Noyabr 2018, 13:49

“Əlilliyin təyin edilməsi ilə bağlı məsələ narahatedicidir. Nəzərinizə çatdırım ki, biz geriyə addım atmamalı, biz mütərrəqqi addım atımışıq və onu təkmilləşdirməliyik”.

 

Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

 

O bildirib ki, əlilin təkrar olaraq komissiyadan keçməsinə ehtiyac yoxdur.

 

“Əlillər Səhiyyə Nazirliyinin tibb müəssisələrində əyani olaraq müayinədən keçirilir. Bizim tibbi sosial ekspert komissiyalarımızın heç bir avadanlığı yoxdur. Vizual olaraq əlilliyin təyin edilməsi neqativ hallara şərait yaradırdı. Keçid dövrüdür, müəyyən problemlər ortaya çıxır. Növbəti illərdə bunu təkmilləşdirəcəyik”.

 

O qeyd edib ki, pensiya təminatı sistemində əlillərin sayı 30 faiz üstündədir.

 

“Belə göstərici dünyanın heç bir ölkəsində yoxdur. Bunların sırasında II-III qrup əlillərin çəkisi daha böyükdür. Onlar bu əlliliyi pensiya təminatından istifadə etmək üçün alıblar. 2017-ci ildən edilən dəyişikliyə əsasən, artıq II-III qrup əlillər bu imkandan istifadə etmir. Həmin şəxslər minimum sığorta kartlarını yığmasalar, onlara pensiya təminatı təyin edilmir. Statistikada göstərilir ki, II- III qrup əlilliklə bağlı təyinat azalıb. Lakin I qrup əlillərin sayında artım müşahidə olunur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir