Arxiv
8 Noyabr 2018, 13:52 | AKTUAL
Həkimlər 21 illik səhvi düzəltdi - Azərbaycanda

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub.

Modern.az xəbər verir ki, klinikanın Torakal cərrahı, t.ü.f .d. Arif Ağayev deyir ki, xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağciyərlər arasında) törəmə olub.

“Xəstə indi 27 yaşındadır. 5- 6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperaturdan, döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr almışdır. Lakin  əlbəttə, həmin illər Azərbaycanda səhiyyənin səviyyəsi indiki ilə müqaisədə yüksək deyildi və ona görə xəstəyə səhv diaqnoz qoyulub, onun anadangəlmə qüsuru yanlış dəyərləndirilib. Xəstə davamlı olaraq vərəm, astma, pnevmaniyadan və s. kimi yanlış xəstəliklərdən müalicə alıb”.

Torakal cərrah A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə  davamlı bəlğəmli öskürürək, ara-sıra temperaturun yüksəlməsindən, təngnəfəslikdən şikayət edib: “Ən əsası odur ki, xəstə nə qədər müalicə olunsa da, bu problem aradan qalxmırmış. Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, lazımi yeni müayinələr də apardıq. Bizim müayinələr əsasında xəstənin ön divar aralığı dediyimiz bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqləndi”.

Məlum olub ki, bu törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Bu illər ərzində törəmə fasiləsiz olaraq irinləyib, iki orqan arasında yaranmış yoldan bu irin ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər.

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra, xəstədə vərəm olmadığı təsdiqlənib və xəstə əməliyyata alınıb: “Xəstənin törəməsi çıxarıldı. Və irinlənmiş ağciyərin irinli və öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. Əməliyyat 8 saat yarım davam etdi və uğurla nəticələndi”.

Həkim qeyd edir ki, əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır və xəstəmiz mütamadı olaraq kontrol müayinələrə gəlir və hər hansı şikayəti qeyd olunmur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:13 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15