Modern.az

Bakıda cibgirlər tutuldu - FOTO

Bakıda cibgirlər tutuldu - FOTO

Aktual

8 Noyabr 2018, 17:40

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum Elnur Qurbanov və Elçin Əliyev olunublar. Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!