Modern.az

Şirvanda yanan evdə iki azyaşlı öldü

Şirvanda yanan evdə iki azyaşlı öldü

8 Noyabr 2018, 23:31

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir