Modern.az

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi  

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi   

Aktual

11 Noyabr 2018, 10:30

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin  milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, başsağlığında bildirilir:

"Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".

Ötən gün Türkiyədə silah anbarında baş verən partlayış nəticəsində 7 hərbçi ölüb, 25 nəfəri isə yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə