Modern.az

Azərbaycanda qaz abonentlərinin sayı artıb

Azərbaycanda qaz abonentlərinin sayı artıb

Aktual

12 Noyabr 2018, 18:53

2018-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abonent qeydiyyata alınıb.

 

Modern.az xəbər verir ki, bunun 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir.

 

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

 

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 164 319-a çatıb.

 

Qeyd edək ki, ötən ay ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 154 614 idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi