Modern.az

Ermənistanda xaos dərinləşir

Ermənistanda xaos dərinləşir

12 Noyabr 2018, 20:14

Dərin iqtisadi böhran içində olan Ermənistanda xaos dərinləşir. Dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca işğalçı ölkədə gərginlik artır. Bir müddət əvvəl Milli Şura uğrunda mübarizə aparmayacağını bəyan edən Respublika partiyası seçkidə yeni tərkiblə iştirak etməyə qərar verib.

Modern.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, müdafiə naziri Vigen Sarkisyan qeyd edib ki, o bundan sonra yeni hökumətlə müxalif partiya kimi mübarizə aparacaq. Siyasi ekspertlər hesab edirlər ki, respublikaçıların bu qərarı parlamentdə üstünlüyü ələ almağa çalışan Nikol Paşinyanın planlarını poza bilər. Onsuz da onun vəziyyəti ağırdır. Yenicə buraxılan parlamentdə əsas səs çoxluğu keçmiş hakim partiyanın əlindədir. Yeni Milli Şurada da onlar üstünlüyü ələ ala bilərlər. Bu isə N.Paşinyana ciddi problemlər yaradacaq. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri isə müdafiənin təmin edilməsilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər. Bildirilir ki, 2008-ci il Dövlət Terrorunun araşdırılması işi üzrə məhkəmə zamanı hakimlərə ciddi təzyiq göstərilib və hətta onların qanuni qərar çıxardıqları təqdirdə barələrində qərəzli ittihamlar səsləndirilib. Üstəlik, sosial şəbəkələrdə Koçaryanın vəkilləri təhdid edilir, hakim dairələr isə onların mühafizəsi üçün heç bir tədbir görmür. Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunur. O həbs edilsə də, sonradan apellyasiya məhkəməsinin qərarı ilə azad olunub. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Nikol Paşinyanı səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövqelərinin zəifləməsində günahkar məhz Paşinyandır.

 

E.Şarmazanov bildirib ki, hərbi birlikdə itirilənlərin əsas günahkarı indiki hakimiyyətdir. Paşinyan bütün günü korrupsiya ilə mübarizə haqqında bəyanat edir, eyni zamanda, ölkənin təhlükəsizliyini qurban verir.

 

Gürcü ekspert Mamuka Areşidze də Paşinyanın böyük siyasətdə təcrübəsinin olmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir səlahiyyətlərini icra edən bu şəxs hər şeyi öz əlinə alıb. O, bir partiyalı parlament yaratmağa çalışır. Amma unudur ki, böyük siyasətdə heç bir təcrübəyə malik olmaması özünü tezliklə göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər