İsrail ordusu Qəzza sektoruna zərbələr endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İsrail odusu Fələstin silahlılarının Qəzza sektorundakı 20-dən çox obyektinə havadan və qurudan zərbələr endirib.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, bunlar qarşı tərəfin raket atəşlərinə cavab zərbələri olub.
Zərbələr avtobusa və yaşayış evinə düşüb. Nəticədə 2 fələstinli ölüb, azı 8 nəfər yaralanıb.
Hədəflərdən biri İsrailə raket zərbəsi hazırlayan silahlı qruplaşma olub. "Ordunun bütün Qəzza sektoru boyunca zərbələri davam etdirilir", - deyə həbrçilər bildirib.
Mətbuat xidmətinin son məlumatına görə, silahlılar İsrailə 80-dən çox raket və mina atılıb.