Modern.az

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

Aktual

13 Noyabr 2018, 10:58

“Mədəniyyət.az” jurnalının bu sayı yenə də oxucular üçün maraqlı materiallarla zəngindir.

Modern.az xəbər verir ki, hər zaman olduğu kimi Azərbaycan Cümhuriyyətinin 100 illiyi  prioritet mövzu kimi daim diqqətdədir və bu nömrəmizdə bir yandan 1918-20-ci illər mətbuatına işıq tutulur, o biri tərəfdən də qardaş Türkiyədəki Fəriköy məzarlığında uyuyan soydaşlarımız – Cümhuriyyət liderləri yad edilir!

Qarabağ nisgilimiz heç səngimir və jurnalın yaradıcı kollektivi də heç vaxt bu yaddaşın zəifləməsinə imkan vermir!

Ədəbiyyat, sənət dünyası korifeylərinin münasibətləri hər zaman mətbuatımızın ən maraqlı mövzularından olub, çünki ədəbi mühit həm də yaradıcı adamların insani münasibətləri nəticəsində formalaşır! Bu dəfə də böyük Üzeyirlə böyük Səməd Vurğun diqqətdədir. Və söz adamlarımızın xatirəsini – Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidə açılan ev muzeyinə və dahi ustadın ölməz irsinə səyahətlə - yaşatmaq da elə ədəbiyyatımıza xidmətdir!

Azərbaycan kinosunun 120 illiyi isə jurnalın dizaynında işıqlanır.

Jurnalist Samirə Məmmədova Səməd Vurğun adına Rus Dram Teatrında premyerası olan “Uydi iz moix snov” tamaşası haqqında “Birmənalılığın çoxmənalılığı” yazısı ilə  çıxış edir...

Dərgi bir müddət öncə çapdan çıxmış “Külək-yel kürəsinin şahzadəsi” kitabını dünya superqəhrəmanları sırasına milli obrazlarımızın qatılmasının gözəl nümunəsi sayır.

Əhsən Rəhmanlının təqdimatında tanınmış rəqs ustalarının “Zakir-Leyla” nağılı” - həyat və sənət hekayəsi nəql olunur.  

Redaksiyanın Qusardan təşrif buyurmuş qonağı Həsən Xasıyevin “Ləzginka” rəqsi barədə araşdırmalarının da oxucuların böyük marağına səbəb olacağı şübhəsizdir.

Ölkəmiz əvvəlkindən daha çox bu gün dünyanın diqqət mərkəzindədir deyə, biz özümüz də Vətənimizi daha yaxşı tanımalı,  abidlərimizi, qoruqlarımızı qonaqlara ətraflı tanıtdıra bilməliyik. Bu səhifələrdə mövzumuz Avey qoruğudur.

“Elm” rubrikası tədqiqi materialları da hər zamankı kimi müqtədir və gənc araşdırmaçıların ixtiyarındadır...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır