Modern.az

BDU-nun müəllim-tələbə heyəti Türkiyədə 

BDU-nun müəllim-tələbə heyəti Türkiyədə 

Aktual

13 Noyabr 2018, 13:16

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Türkiyənin Antalya şəhərində keçirilən “Ətraf mühit kimyası” adlı beynəlxalq konfransda iştirak edib.

 

Modern.az xəbər verir ki, 43 dövlətdən nümayəndə heyətinin təmsil olunduğu konfransda Ekoloji kimya kafedrasının dosenti Elmina  Qədirova, baş müəllimi Hicran Rəfiyeva, doktorantı  Emina Yolçuyeva, magistrantı Nuranə Şərifova, Torpaqşünaslıq kafedrasının müəllimi Lalə Hüseynova və Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının baş müəllimi Natavan Baxşəliyeva ətraf mühitin qorunması mövzusunda məruzələr ediblər.

 

Sonda Bakı Dövlət Universitetinin təmsilçilərinə sertifikatlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə