Modern.az

Tramp Makronu “Twitter”də “vurdu”

Tramp Makronu “Twitter”də “vurdu”

Dünya

13 Noyabr 2018, 17:30

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Avropada NATO-dan müstəqil qoşun növünün yaradılması təklifini tənqid edib.

 

Modern.az xəbər verir ki, Tramp “Twitter”də bu təklifə cavab olaraq Almaniyanın iki Dünya Müharibəsinin səbəbkarı olduğunu xatırladıb.

 

“Emmanuel Makron Avropanı ABŞ, Çin və Rusiyadan qorumaq üçün özünə yeni ordu yaratmasını təklif edir. Amma gəlin Birinci və İkinci Dünya Müharibəsinin Almaniya tərəfindən başlandığını unutmayaq və bunun Fransa üçün nə ilə nəticələndiyini xatırladıb. ABŞ Parisə gələnə qədər onlar alman dilini öyrənməyə məcbur idi. NATO üçün ödəniş edin ya da yox”-deyə Tramp yazıb.

 

   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir