Arxiv
13 Noyabr 2018, 18:58 | AKTUAL
Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

zərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.

 

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub.

 

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

 

Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

 

Azərbaycan ilə dost Slovakiya arasında yaxşı əlaqələrin olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Baş nazir Peter Pelleqrininin ölkəmizə səfəri ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Baş naziri ölkələrimizin xalqları arasında yaxınlaşmanın önəmini də vurğulayıb. “Hesab edirəm ki, Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli müstəvidə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, - deyə Novruz Məmmədov bildirib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Baş nazir Novruz Məmmədov problemin həllində Azərbaycanın prinsipial və ədalətli mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

 

Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Slovakiyanın Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Baş nazir Peter Pelleqrini ölkəsinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib. Slovakiyanın Baş naziri əməkdaşlığın dayanıqlı inkişafının təmini məqsədilə iki ölkə arasındakı münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

 

Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb, həmçinin iki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı - FOTO 21 İyul 2019, 16:45 Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini  21 İyul 2019, 16:32 Universitet tələbəsi dənizdə boğuldu - FOTO 21 İyul 2019, 16:16 Azərbaycan ilk qızıl medalını qazandı 21 İyul 2019, 16:00 Sumqayıtda mənzildən qadın meyiti tapıldı 21 İyul 2019, 15:48 Bu mətbuat orqanlarının hesabları bloklandı 21 İyul 2019, 15:36 QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Yeni Baş nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır - Zelenski 21 İyul 2019, 15:10 Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTO   21 İyul 2019, 15:00 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55