ABŞ Prezidenti Donald Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərməyə hazırlaşır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunlar ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen və Ağ Evin Aparat rəhbəri Con Kellidir.
Hətta Con Kellinin yerinə ABŞ-ın vitse-prezidentinin Aparat rəhbəri Nik Ayersin namizədliyi daha çox ehtimal edilir.