Modern.az

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

13 Noyabr 2018, 22:17

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı terror məntəqələrini bombalayıb. Hava zərbələri Zap, Hakurk, Kandil, Avaşin-Basyan və Sinat-Haftan bölgələrinə endirilib. Əməliyyat zamanı 19 terrorçu məhv edilib.

 

Bununla da son dörd gündə İraqın şimalında məhv edilən terrorçuların sayı 57-yə çatıb.

 

Diyarbəkirin Kocaköy rayonunda isə PKK üzvlərinin hazırladığı 70 kiloqram ağırlığında partlayıcı aşkar olunub. Uzaqdan idarə olunan bomba partladılaraq zərərsizləşdirilib.

 

Hakkarinin Çukurca rayonunda PKK terrorçularının yol inşaatında çalışan işçilərə silahlı hücumu qeydə alınıb. Üç işçinin yaralandığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi