Arxiv
13 Noyabr 2018, 23:16 | AKTUAL
İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Prezident İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Modern.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Baş nazirlə ölkələrimiz arasında olan münasibətlər, gələcək planlar barədə çox önəmli və maraqlı söhbət aparıb: “Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Görüşdə dediyim kimi, münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz bunu hörmət, tərəfdaşlıq və Azərbaycana maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın genişləndirilməsində böyük potensialı görürük və əminəm ki, səfər zamanı müzakirə olunan məsələlər gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradacaqdır".

 

Dövlət başçısı qeyd edib ki, ikitərəfli münasibətlərlə bağlı çoxlu işlər görülməlidir: "Biznes dairələrinin bir araya toplaşması və gələcək planları müzakirə etməsi də bizi məmnun edir. Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Biz daşımalar sahəsində potensialı müzakirə etdik".

 

İlham Əliyev əlavə edib ki, əməkdaşlığımızın vacib hissəsi, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləridir: "Bu münasibətlər yaxşı formadadır. Bu il biz “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycan ilə Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə böyük miqyası var. Buna görə, cənab Baş nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm".

 

Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib: "Çox sağ olun, Zati-aliləri cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən görüşməkdən məmnunam. Bəli, Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik şəkildə inkişafına xidmət etsin".

 

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağli səmərəli danışıqlar apardıqlarını bildirib.

 

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olundu. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olundu.

 

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Peter Pelleqrini işçi nahar ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25 Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04