Modern.az

Avropada vahid ordu yaradılır

Avropada vahid ordu yaradılır

14 Noyabr 2018, 00:33

Daha güclü Avropa üçün ortaq bir orduya ehtiyacımız var. Modern.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Fransa prezidentinin Avropa ordusu ilə bağlı açıqlamasına dəstək olaraq bildirib: “Ötən ildə baş verənlərə nəzər salsaq, görərik ki, önəmli olan Avropa ordusunun qurulması ilə bağlı çalışmalara başlanılmasıdır. Qurulacaq bu ordu NATO-ya qarşı olmayacaq, NATO daxilindəki transatlantik əməkdaşlığa paralel birlik olacaq”.

 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan edib. ABŞ Prezidenti Tramp bu açıqlamaya mənfi yanaşıb. Rusiya prezidenti Vladimir Putin isə indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir