Modern.az

Polis evində narkotik gizlədən şəxsi saxladı

Polis evində narkotik gizlədən şəxsi saxladı

Aktual

14 Noyabr 2018, 10:54
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Göyçay şəhər sakini Elşad Həzrətquliyevdən şəxsi axtarış zamanı 3,86 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
 
Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi