Modern.az

Bakıda avtobusdan yıxılan 78 yaşlı qadın dünyasını dəyişdi

Bakıda avtobusdan yıxılan 78 yaşlı qadın dünyasını dəyişdi

14 Noyabr 2018, 11:58

Bakıda avtobusdan yıxılan qadın ölüb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Xudiyeva Zumbrut İlyas qızı bir müddət əvvəl paytaxtın Xətai rayonu, M.Hadi küçəsində Məmmədov Canmirzə Camal oğlunun idarə etdiyi, 60 saylı xətt marşrutu üzrə hərəkətdə olan "Daewoo" markalı 99 XO 596 dövlət nömrə nişanlı avtobusdan düşərkən yıxılıb.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın noyabrın 11-də dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi