Modern.az

Komitə sədri veteranların müdafiəsinə qalxdı

Komitə sədri veteranların müdafiəsinə qalxdı

14 Noyabr 2018, 14:16

“Bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atılmalıdır.

 

“Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istiqamətində addımlar atmalıdır”.

 

S.Novruzov deyib ki, əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas rol oynamalıdır: 


“Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır”.

Deputat qeyd edib ki, veteranlara 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur.

 

“Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxır?”.

 

Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan S. Novruzov söyləyib ki, Əfqanıstan veteranları da buradan kənarda qalmamalıdır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir