Arxiv
14 Noyabr 2018, 14:43 | AKTUAL
Ağalar Vəliyev: “Vergi islahatları özəl sektorda maliyyə intizamını möhkəmləndirəcək”

“2019-cu ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” qanunun və digər aidiyəti qanunvericilik aktlarının təldəblərinə uyğun hazırlanıb. Əminəm ki, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin  davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm  dövlət vəzifələrinin  layigincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə büdcə müzakirələri zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev bildirib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsində həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində cari ildə ölkəmizin dayanıqlı inkişafının təmin edildiyini qeyd edən deputat bildirib ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş önəmli işlər, ilboyu infrastruktur layihələrin uğurla icra olunması, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması iqtisadi siyasətimizin prioritet istiqamətlərini təşkil edib.

“Bu baxımdan cənab Prezidentin söylədiyi “Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar” fikrini xüsusi vurğulamaq istərdim. Təbiidir ki, bütün bölgələrimizi, o cümlədən millət vəkili kimi təmsilçisi olduğum Goranboy, Ağdam və Tərtər rayonlarını da əhatə edən davamlı inkişafımızın məntiqi nəticəsi olaraq bir sıra nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən ölkəmizdə aparılan islahatlar yüksək dəyərləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlib. Eyni zamanda "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pilləlik irəliləyiş təmin olunub ki, bu da zənnimcə çox ciddi nailiyyətdir”.

 

Ağalar Vəliyevin sözlərinə görə, təsadüfi deyil ki, "Doing Business" hesabatında islahat səviyyəsinə görə Azərbaycan postsovet məkanında ikinci, MDB məkanında isə birinci ölkədir:



“Heç şübhəsiz ki, bütün bu uğurlar dövlət başçımızın həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətimizin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir".

 

Deputat qeyd edib ki, büdcə zərifində 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 28 faizini təşkil edir.

“Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7,3 milyard manat olmaqla ÜDM-in 8,9 faiz həcmində nəzərdə tutulur ki, bu da 2017-ci ilin icrası ilə müqayisədə 4,9 faiz çoxdur. Vergi yığımı kontekstində bir məsələyə ayrıca toxunmaq  istərdim. Belə ki, qələn il üçün fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 880 milyon manat nəzərdə tutulub ki, bu da cari ilin proqnozu ilə müqayisədə 316 milyon manat azdır. Bizlərə təqdim olunan materiallardan aydın görünür ki, müvafiq daxil olmaların azadılması üçün kifayət qədər əsas vardır. Belə ki, cənab Prezidentin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planında” ölkədə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması və vergi yükünün azaldılması məqsədilə 1 yanvar 2019-cu ildən etibarən  7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatadək olduqda onların  gəlir vergisindən azad edilməsi, gəlir 8 min manatdan çox olduqda isə vergi dərəcəsinin 25 faizdən 14 faizədək endirilməsi və beləliklə də vergi daxilolmalarının azaldılması nəzərdə tutulub”.

Ağalar Vəliyev hesab edir ki, bu, özəl sektorda maliyyə intizamının möhkəmləndirilməsinə, vergi mədəniyyətinin yüksəldirməsinə, şəffaflığın artırılmasına və işcilərin sosial müdafiəsinin gücləndirilməsinə çox müsbət təsir göstərəcək.

 

Ağalar Vəliyev deyib ki, büdcə zərfində Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnoz məbləği 3,5 milyard manat olmaqla ÜDM-in 4,2 faizi həcmində nəzərdə tutulur ki, bu da 2017-ci ilin icrası ilə müqayisədə 32,3 faiz çoxdur. Onun sözlərinə görə, Neft Fondundan dövlət büdcəsinə transfertlər 11,4 milyard manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 3,6 faiz yüksəkdir:

“Ölkənin 34 şəhər və  rayonunun xərclərinin öz gəlirləri hesabına təmin edilməsini gələn ilin büdcə zərfinin ən müsbət məqamlarından biri kimi xarakterizə edərdim. Belə ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər paytaxt da daxil olmaqla  736,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə dotasiyasının yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari ilin müvafiq göstəricisindən 2,6 faiz yüksəkdir. Gələn ilin büdcə xərclərini təhlil edərkən  büdcə zərfində xərclərin 24,8 milyard manat olmaqla ÜDM-in 30,2 faizini təşkil etdiyini görərik”.

 

Millət vəkili qeyd edib ki, son illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün  bir sıra proqramların reallaşdırılmasına müvafiq məbləğlərdə maliyyə vəsaitinin yönədilməsi nəzərdə tutulub ki, bu da təqdirəlayiqdir:

 “Növbəti ilin dövlət büdcəsində əsaslı xərclərə 9,9 milyard manat yönəldiləcək və büdcə xərclərinin tərkibində onun xüsusi çəkisi 39,9 faizə bərabər olacaq. Eyni zamanda əsaslı xərclərin tərkib hissəsi olan dövlət investisiya qoyuluşu  xərclərinə büdcə xərclərindən 6,8 milyard manat vəsait sərf ediləcək. 2019-2022-ci illər üzrə Dövlət İnvestisiya Proqramında yer alan investisiya layihələrinin qarşıdakı il üzrə həcmi 6,8 milyard manat proqnozlaşdırılıb. Bu vəsaitin 72,7 faizinin bilavasitə infrastruktur layihələrinə yönəldilməsinin məşğulluğun artırılması baxımından əhəmiyyəti fikrimcə xüsusi vurğulanmalıdır.

Yeri gəlmişkən qeyd edim ki, ötən ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 17,4 milyard manat təşkil edib. Bu göstərici cari ildə 17,4 milyard manat səviyyəsində gözlənilir və qarşıdakı il üçün real artım 2,2 faiz olmaqla 17,9 milyard manat məbləğində proqnozlaşdırılır”

 

Ağalar Vəliyev bildirib ki, hazırda Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği ÜDM-in 21,9 faizinə bərabər olmaqla 16,3 milyard manat və ya 9,6 milyard dollar  təşkil edir. “Müqayisə üçün əlavə edim ki, bu göstərici Ermənistanda – 51,8 faiz; Gürcüstanda – 44,9 faiz; Belarusda –52,3 faizdir” – deyən deputat çıxışının sonunda 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrini dəstəklədiyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı - FOTO 21 İyul 2019, 16:45 Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini  21 İyul 2019, 16:32 Universitet tələbəsi dənizdə boğuldu - FOTO 21 İyul 2019, 16:16 Azərbaycan ilk qızıl medalını qazandı 21 İyul 2019, 16:00 Sumqayıtda mənzildən qadın meyiti tapıldı 21 İyul 2019, 15:48 Bu mətbuat orqanlarının hesabları bloklandı 21 İyul 2019, 15:36 QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Yeni Baş nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır - Zelenski 21 İyul 2019, 15:10 Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTO   21 İyul 2019, 15:00 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55