Modern.az

Səfər Mehdiyev Gömrük Akademiyasının 3 xanım məzununa iş verdi

Səfər Mehdiyev Gömrük Akademiyasının 3 xanım məzununa iş verdi

14 Noyabr 2018, 15:48

Dövlət Gömrük Komitəsi Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.


Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər.

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu