Modern.az

Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”

Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”

14 Noyabr 2018, 16:01

"Müzakirəyə təqdim olunmuş 2019-cu ilin dövlət büdcəsi mükəmməl və gələn ilin çağırışlarına uyğun hazırlanıb".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Azər Badamov deyib:

 

"Dövlət büdcəsi layihəsi demək olar ki, bütün maddələr üzrə 2019-cu ildə artımlarla nəzərdə tutulmuş, bu da ölkədə makroiqtisadi sabitliyi qorunub saxlamaqla iqtisadiyyatımızın inkişaf dinamikasının təmin olunmasına şərait yaradacaq.

Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilməyə başlanmış iqtisadi islahatların uğurla icrasının göstəricisidir ki, büdcəmiz artır, ölkədə sosial və investisya mühiti yaxşılaşır, göstəricilərimizin müsbət dinamikası davam edir.

 

Onu da qeyd etmək istəyirəm ki, 2019-cu ildə nəzrədə tutulan büdcə-vergi islahatları ölkədə kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının azalmasına, şəffaflığın artmasına və ümumilikdə iqtisadiyyatın qeyri – neft sektorun inkişafına yeni imkanlar yaradacaq.

 

Bu da sonraki illərdə dövlət büdcəsinin neftdən asıllığnın azalmasında özünü göstərəcək".

Ümumilikdə götürüləndə dövlət büdcəsi layihəsini müsbət dəyərləndirirə deputat və bununla yanaşı bir neçə təklifimi səsləndirib:

"Birinci onu qeyd etmək istəyirəm ki, tələbələr və pensiyaçılar cəmiyyətin sosial müdafiəsinə daha çox ehtiyacı olan təbəqəsidir.

 

Bir çox ölkələrdə tələbələrə ictimai nəqliyyatda hərəkət etməsində güzəştlər tətbiq olunur. Belə güzəşt məqsədi ilə tələbələrə tələbə kartı verilir və həmin kart vasitəsilə ictimai nəqliyyatda ödəmələr həyata keçirirlər. Onu da qeyd etmək istəyirəm ki, Bakıda ictimai nəqliyyatın əksəriyyəti kartla ödənişə keçib və güzəştin şəffaf tətbiqinə imkanlar mövcuddur. Ölkəmizin inkişaf səviyyəsi, dövlət büdcəsinin maliyyə proqnozları tələbələrə güzəştlərin tətbiq edilməsinə imkan verir.

 

Düşünürəm ki, güzəştli tələbə kartların verilməsi böyük vəsait təşkil etmir və tələbələrə belə güzəşt tətbiq olunmasına dövlət büdcəsində vəsait nəzərdə tutulsa, yaxşı olardı . Əgər bu məsələni reallaşdıra bilsək on minlərlə tələbənin sosial durumunun yaxşılaşdırılmasına töhvə verməklə, tələbələrimizi sevindirmiş olarıq. İkinci təklifim seçildiyim rayonla bağlıdır. Qusar idmançılar rayonudur və dövlət başçısının idmançılara olan xüsusi diqqətindən Qusarın gəncləri də yararlanırlar.

 

Fiziki sağlam gənclər ölkəmizin müdafiəsi üçün əsgərdir. Qusar gəncləri hər zaman ölkəmizin ərazi bütövlüyünün qorunmasında hazırdırlar və həmişə ön cərgədə dayanıblar. Qusar rayonun Şah Dağ adında bir futbol komandası var. “Şahdağ” futbol komandası və Qusarın futbol sevərləri şəhərin mərkəzi futbol meydançasında məşqlər edir, yarışlara hazırlaşırdılar. Bu meydança həm də yeni futbolçuların və fiziki sağlam gənclərin yetişməsi üçün bir baza idi. Son illər həmin futbol meydançası tam sökülərək yenidən qurulması üçn işlərə başlanmışdı. Amma maliyyə problemi və digər problemlərlə əlaqədar futbol meydançasının tikintisi tamamilə dayanmışdır. Bu məsələ ilə bağlı Qusarın futbol komandası ilə yanaşı gəncləri də çox narahatdırlar və məslənin həllinə kömək istəyirlər.

 

Mən iqtisadiyyat, maliyyə, idman və gənclər nazirlərimizdən xahiş edirəm ki, həmin futbol meydançasının tikilib başa çatdırılması üçün maliyyə ayrılsın, tədbirlər görülsün. Çünki, bu çox vacib məsələdir. Ölkəmizdə kənd yolların tikintisi sürətlə aparılır. Son vaxtlar Cənab prezdentin imzaladığı sərəncamların əksəriyyəti də kənd yollarının tikintisi ilə bağlıdır. Məhz bunun bariz nümunəsidir ki, ölkəmizin kənd yolları süətli inkişaf mərhələsini yaşayır.

 

Müasir yol tikintisi Qusar rayonda da yüksək səviyyədə icra olunur və bununla yanaşı Qusarın 11 kəndin sakinlərini narahat edən və çoxlu müraciətlər daxil olunan bir məsələ Qusarın Həzrə -Sudur yolunun tikintisi ilə bağlıdır. Qeyd etdiyim yol strateji əhəmiyyətə malik olmaqla yanaşı çoxlu kəndlərin yerləşdiyi, əhalinin məskulaşdığı bir ərazidə yerləşir.

Qeyd etdiyim yol çox köhnəlmiş və payız-qış aylarında keçilməz olur.

İqtisadiyyat və maliyyə nazirlərimizdən xahişim həmin yolun 2019-cu ilin investisya proqramına salınaraq yenidən qurulmasına kömək göstərilməsidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir