Arxiv
14 Noyabr 2018, 16:08 | AKTUAL
“Azərsu” sərgidə xüsusi pavilyonla təmsil olunur - FOTO

Noyabrın 14-də Bakı Ekspo Mərkəzində IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb.

Modern.az xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sərgidə xüsusi pavilyonla təmsil olunur.

Pavilyonda yeni yaradılmış su mənbələri, tullantı sutəmizləyici qurğuları, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr, Mərkəzi Laboratoriyanın fəaliyyəti, ekoloji tədbirlərlə bağlı məlumatlar yer alır. Azərbaycanın ən böyük tullantı sutəmizləyici qurğusu olan Hovsan Aerasiya Stansiyasında həyata keçirilən təmizləmə prosesinin texnoloji sxemi, Oğuz-Qəbələ-Bakı su kəmərinin sxemi, Mərkəzi Laboratoriyada quraşdırılmış ən müasir qurğu və avadanlıqlara aid fotoşəkillər, həmçinin Ceyranbatan və Xanbulançay ultrasüzgəcli sutəmizləyici qurğularının iş prinsipi və imkanları haqqında məlumatlar ziyarətçilərin dərin marağına səbəb olur.

Eyni zamanda, 2015-ci ildə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində ən son texnologiyalarla emal olunan suyun ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətə malik olması, eləcə də ölkəmizin digər su mənbələrində suyun emalının ekoloji aspektləri barədə ziyarətçilərə ətraflı məlumat verilir. 2013-cü ildə istifadəyə verilmiş “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası haqqında məlumatlar da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan verir.

Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədilə Abşeron yarımadasında kanalizasiya infrastrukturu yenidən qurulur. Tullantı sularının təmizləyici qurğulara yönəldilməsi məqsədilə Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorları tikilib. Hazırda Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Yeni qurğu istismara verildikdən, eləcə də ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq.

“Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılır və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.

Qeyd edək ki, Xəzəryanı və Qafqaz regionunda ekologiya və ətraf mühitin qorunması sahəsində ən iri tədbir olan “Caspian Ecology” sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53