Arxiv
14 Noyabr 2018, 17:18 | AKTUAL
UNEC-də elmi konfrans keçirilib - FOTO 

UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, mərhum prezident Heydər Əliyevin büstünün ziyarəti ilə başlayan tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiri, akademik Əli Abbasov və Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəçi qismində iştirak ediblər.

 

 

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə”ləri ətrafında maraqlı məruzələrin yer aldığı tədbiri giriş sözü ilə UNEC rektoru, professor Ədalət Muradov açmışdır. Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasətın perspetiv inkişaf inkişaf istiqamətlərinə və qarşıda duran hədəflərə toxunmuşdur. “Ulu öndər Heydər Əliyed tərəfindən müəyyənləşdirilmiş və zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən zənginləşdirilən Azərbaycanın  iqtisadi siyasətinin uğurları diqqətə layiqdir”. Məhz bu siyasət nəticəsində ölkəmiz ÜDM-nin artım tempinə görə, dünyanın aparıcı ölkələri sırasına daxil olunub.

 

 

Lakin 2014-cü ildə dünya bazarında xam neftin qiymətinin düşməsi həmin dövrə kimi öz rolunu oynayan amillərin əhəmiyyətini azaltmışdır. Nəticədə dövlət başçısı tərəfindən post-neft dövrü üçün yeni milli inkişaf strategiyası hazırlandı və 2016-cı ilin mart ayında qəbul edildi. Strategiyada müəyyənləşdirilmiş hədəflər barədə danışan rektor, bu mənada UNEC-in qarşında duran əsas vəzifənin keyfiyyətli, yəni dəyər yarada biləcək mütəxəssislərin hazırlaması olduğunu bildirdi.

 

“Təhlillər göstərir ki, UNEC tələbələrinin işə düzəlmə göstəriciləri getdikcə yüksəlir. Dövlət qulluğuna keçirilmiş müsabiqələrdən keçid faizinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları ikinci yeri tutur”. UNEC-i bitirmiş və dövlət qulluğu üçün imtahan vermiş şəxslərin 46 faizindən çoxu uğurlu nəticələr göstəriblər. “Biz bu göstəricilərin daha da yaxşılaşdırılması uğrunda əzmlə çalışırıq”.

 

 

UNEC-in qarşısında duran digər hədəf dövrün tələbələrinə uyğun tədqiqatlar aparan aparıcı universitetə çevrilməkdir. Bu məqsədə nail olmaq üçün biz davamlı çalışırıq. “Son illər “Scopus” və “Web of Science” kimi platformalarda bizim araşdırmaçı-alimlərimizin məqalələrinin sayı dəfələrlə artıb”. Son üç ildə bizim “Web of Science” platformasında ümumilikdə 8 məqaləmiz dərc edilmişdi. Bu ilin sonuna UNEC alimlərinin adı çəkilən platformada 40-dan çox məqaləsinin dərc ediləcəyi nəzərdə tutlub.

 

 

Akademik Ziyad Səmədzadə çıxışında Ümumilli liderin Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra əsasını qoyduğu istisadi islahatlar, “Əsrin Müqaviləsi”nin imzalanması, ölkənin beynəlxalq layihələrə qoşulması, torpaq islahataları, müxtəlif sahələrdə quruculuq işləri və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurlu davam etdirilməsi məsələləri ətrafında fikirləri ilə bölüşüb.

 

 

Növbəti məruzəçi “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiri, akademik Əli Abbasov müasir dövrdə iqtisadi kateqoriyaların virtuasllaşması, virtual iqtisadiyyat, virtual məhsul kimi yeni anlayışlar barədə danışaraq, bu sahədə ölkənin böyük potensiala sahib olduğunu bildirib.

 

 

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəsində “Strateji yol xəritəsi kontekstində «Elm, təhsil və biznes formatlı universitetlər: müasir çağırışlar fonunda yeni trendlər” kimi mövzulara toxundu. Məruzəçi bildirdi ki, tədqiqat universiteti – elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və  təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli elm və tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzidir. Müasir dünyada tədqiqat universiteti tədris və elmi tədqiqat fəaliyyətinin inteqrasiyasını təmin edir, tədqiqat mədəniyyəti formalaşdırır və inkişaf etdirir, elmi tədqiqat işlərinin keyfiyyətini yüksəldir, milli elmi tədqiqat sahəsində əldə edilən uğurları beynəlxalq ictimaiyyətə tanıdır və digər vəzifələri həyata keçirir. “Tədqiqat universiteti yeni biliklərin əldə edilməsinə fokuslaşır, tədqiqat nəticələrini kommersiyalaşdırır, iri araşdırma mərkəzlərinin fəaliyyətini təmin edir və digər fəaliyyətlər həyata keçirir”.

 

 

Çıxışında bir sıra əhəmiyyətli məqamlara toxunan Z.Məmmədov bildirdi ki, dünya təcrübəsində tədqiqat universitetləri fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanı formalaşdırır və effektiv istifadəsini təmin edir.

 

 

Sonda yekun çıxışında UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın milli inkişaf strategiyasına həsr edilmiş xüsusiləşdirilmiş nəşrin hazırlanması barədə göstəriş verərək Azərbaycan Dövlət İqtisad Universitetinin bu iqtiqamətdə ciddi töhfələr verə bilmə potensialına sahib olduğunu bildirib.

 

 

Tədbir panel müzakirələri formatında davam edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25