Modern.az

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi I oxunuşdan keçdi

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi I oxunuşdan keçdi

14 Noyabr 2018, 17:21

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün nəzərdə tutulan büdcə layihəsi I oxunuşda qəbul edilib.

Modern.az-ın məlumatına görə, noyabrın 14-də "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında"Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər.

Müzakirələrdən sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Müvafiq icra hakimiyyəti orqanının - Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcəsinin gəlirləri 3 928 104 000 manat, xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub. Sənəddə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 milyon 500 min manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 milyon 400 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır