Modern.az

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihələr I oxunuşda qəbul edildi

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihələr I oxunuşda qəbul edildi

14 Noyabr 2018, 17:27

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi I oxunuşda qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, noyabrın 14-də “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

 

Keçirilən iclaslarda deputatlar sənədlərlə bağlı fikir və təkliflərini səsləndiriliblər.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

 

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində götürülməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir