Modern.az

Siyavuş Novruzov: “Milli Məclisə bəzi sənədlər bərbad gəlir”

Siyavuş Novruzov: “Milli Məclisə bəzi sənədlər bərbad gəlir”

15 Noyabr 2018, 12:54

“Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”.

 

Modern.az-ın məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.

 

O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır.

 

“Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki, Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S. Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini bildirib.

“Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.

 

Deputat həmçinin Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin artırılmasını da təklif edib. “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqqları artırılmalıdır. Çünki onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar.

 

Bu baxımdan bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər” .

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi