Modern.az

Abdullah Eren: “Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara dəstək göstərəcəyik”

Abdullah Eren: “Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara dəstək göstərəcəyik”

15 Noyabr 2018, 13:45

“1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qeyri-qanuni məskunlaşmış azərbaycanlıların yaşamaq və işləmək icazəsinin verilməsi məsələsində Türkiyə hökuməti öz dəstəyini göstərəcək”.

Bunu  Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən görüş zamanı bildirib.

         
Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, A.Erenlə görüşdə hazırda Türkiyədə qanunsuz yaşayan azərbaycanlıların problemi diqqət mərkəzində olub.

         
A.Eren bildirib ki, Azərbaycan tərəfi həmin şəxslərin Azərbaycan Respublikasına mənsubluğunu təsdiq edən sənədlərlə təmin etməsi və yaxud mövcud şəxsiyyətlərini təsdiq edən sənədlərinin yenilənməsi prosesini başa çatdırdıqdan sonra Türkiyə ərazisində daimi və müvəqqəti yaşamaq, işləmək və digər əsaslarla icazələrin verilməsində Türkiyə tərəfi öz dəstəyini göstərəcək.

         
Görüşdə Azərbaycan və türk diasporunun birgə fəailiyyəti istiqamətində konkret addımlar, yaxın günlərdə hər iki qurum arasında əməkdaşlığa dair imzalanmış sənəddə nəzərdə tutulan işlər, təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

         
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin digər müvafiq dövlət qurumları ilə birgə Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlı miqrantların probleminin araşdırılmasına və onların müvafiq sənədlərlə təmin edilməsi istiqamətində işlərə başlayıb.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...