Arxiv
15 Noyabr 2018, 19:35 | AKTUAL
Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin Deputatları, tanınmış ziyalılar, şəhid ailələri, qazilər və universitetin tələbələri iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə ilə başlayıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təbdiri açaraq, gələn qonaqları salamlayıb. Rektor işğal altında olan torpaqlarımızın kiçik bir hissəsinin bizə qaytarmaqla xalqımza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın  - Aprel şəhidlərinin xatirəsinin daima qəlbimizdə yaşadığını bildirib:

“Aprel şəhidlərinin hər birinin tanıdılmasında, gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasında bu cür tədbirlərin rolu önəmlidir. Qoy gənclərimiz bu cür qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar. Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir”.

Daha sonra çıxış edən tədbirin təşəbbüskarı və təşkilatçısı  “Zəfər” Şəhid ailələrinə dəstək ictimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə deyib ki, şəhidlərin xatirəsinn əbədiləşdirilməsi üçün bu cür tədbirləri ölkənin bir çox təhsil müəssisələrində keçiriblər.

“Belə aksiyalar gənclərin vətənpərvər ruhda yetişməsinə təsir edir”.

Şəhid xanımının çıxışından sonra 2016-cı ilin aprel hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə iştirak edən millət vəkilləri – Flora Qasımova, Qənirə Paşayeva, Aqil Abbas çıxışlarında gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa, onları tanıtmağa səsləyib, yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıb.

Aprel qazisi Əhliyyət Mehdiyev çıxışında Aprel döyüşlərini hər zaman həm qürur, həm də hüznlə xatırlayacağını bildirib. Bu döyüşlərdə dostlarını itirdiyini kədərlə xatırlayan qazimiz eyni zamanda illərdir həsrətlə gözlədiyimiz zəfər sevincini yaşadığımız Aprel döyüşlərinin tarixə yazıldığını söyləyib. “Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır”.  AzMİU tələbələri də tədbirdə aktiv iştirak edib, vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25