Arxiv
10 Dekabr 2009, 09:57 | ÖLKƏ
Azərbaycan xalqı nə qədər varsa, Heydər Əliyev o qədər yaşayacaq

Məhəbbət İbrahimova

 

YAP Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri

 

Mərhum Prezident Heydər Əliyevin dünyasını dəyişməsindən altı il keçsə də, onun haqqında keçmiş zamanda danışmaq çox çətin, çox ağırdır. Çünki onsuz müstəqil Azərbaycanı təsəvvür etmək mümkün deyil.

XX əsr çox böyük şəxsiyyətlər yetişdirib. Lakin Heydər Əliyev bu şəxsiyyətlərdən böyük nüfuzu, qeyri-adi zəkası, fitri istedadı, müdrik dövlət xadimi olmağı ilə daim seçilib. Xalqını, dövlətini böyük xalqların, dövlətlərin sırasına çıxaran dahi bir şəxsiyyət idi Heydər Əliyev. Ulu öndərimizin bütün varlığı ilə bağlı olduğu doğma xalqı qarşısındakı xidmətlərinin əsl dəyərini müəyyənləşdirmək çox çətindir.

Onun bənzərsiz ömür yolu, zəngin ictimai və siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələdir. Dövlətimizin bərqərar olması, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafı, dünyanın nüfuzlu siyasi qurumlarına inteqrasiyasında, bəşər sivilizasiyasına qarışmasında Heydər Əliyevin misilsiz xidmətləri var.

Yeni Azərbaycan Partiyası yarandığı gündən bu partiyaya Azərbaycanın xilaskarı kimi baxmışam. Çünki bu partiyanın yaradıcısı, rəhbəri dünyaşöhrətli siasətçi Heydər Əliyev olub. İndi Azərbaycanda o ailə tapılmaz ki, heç olmasa bir nəfəri bu partiyanın üzvü olmasın. Birmənalı şəkildə demək olar ki, indi siyasətlə məşğul olmaq istəyənlər yalnız bu partiyaya üz tuturlar. Bunun isə yuxarıda da qeyd etdiyim kimi bir səbəbi var: Yeni Azərbaycan Partiyasının xalqın partiyası, ulu öndərin partiyası olması. O partiya ki, Azərbaycanın xoş gələcəyi

birbaşa onunla bağlıdır. Hələ sağlığında Heydər Əliyev-Xalq, Xalq-Heydər birliyi ayrılmaz qüvvə kimi özünə yer tapıb. Bu gün isə leksikonumuza Xalq, Heydər Əliyev sinonim kimi daxil olub. Bunları biri-birindən ayrı təsəvür etmək mümkün deyil. Hələ sağlığında ulu öndər deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Hesab edirəm ki, Azərbaycan xalqı nə qədər varsa, Heydər  Əliyev o qədər yaşayacaq. Ona görə də bu gün Heydər Əliyev yoxdur demək düzgün deyil. Biz 2003-cü ildə bu dahi şəxsiyyəti  cismən itirdik. Bir daha deyirəm ki, Heydər Əliyev mənən hər vaxt Azərbaycan xalqının yanında olacaq.

Ulu öndərdən bizə mütəqil Azərbaycan qalıb. Heydər Əliyev Prezident kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalət müharibəsini sülh vasitələri ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmadan çalışdı. Dahi öndərimiz tərəfindən əsası qoyulan müstəqil respublikamızda bu gün onun siyasi kursunu cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Onun apardığı qlobal, məqsədyönlü və ardıcıl siyasət bütün sahələrdə öz bəhrəsini verməkdədir. Məhz bu siyasət sayəsində ölkəmiz inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur.

Bu gün ölkəmiz daha da müasirləşir, müxtəlif istiqamətlərdə inkişaf edir, cəmiyyətin demokratikləşməsi, əhalinin müxtəlif qrupları arasında milli birliyin olması istiqamətində uğurlu addımlar atılır.

İlham Əliyev Azərbaycanda perspektivinə hamının inandığı, siyasi nüfuzu ilə hesablaşdığı, gələcəyinə etibar etdiyi lider imici qazanıb. O, şəxsi, siyasi keyfiyyətləri, intellektual potensialı, siyasətə proqmatik baxışları, ictimai rəylə işləmək bacarığı ilə Heydər Əliyev kursunun layiqli davamçısı olmağını sübut etdi. İlham Əliyev siyasətdə böyük bir məktəb keçməsini real nəticələrə söykənən fəaliyyəti ilə sübut etdi.

Bu gün Azərbaycan xalqı ölkəmizin gələcəyinin İlham Əliyev faktoru ilə bağlı olduğuna inanır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22