Modern.az

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI

16 Noyabr 2018, 17:47

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb.

 

Modern.az saytı xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib.

Ülvi Quliyev çıxışı zamanı gənclərlə bağlı aparılan uğurlu siyasətdən danışıb:

“Əvvəla, gənclər siyasətinin təməli ulu öndər tərəfindən qoyulub. Ona görə də bu sahədə uğurlar var. Cənab prezident İlham Əliyevin dəstəyi ilə bu sahə genişləndirilib və daha uğurlu siyasət aparılıb. Ölkənin iqtisadiyyatı inkişaf edib. Neft gəlirlərinin insan kapitalına çevrilməsi, cənab prezidentin tövsiyələri, gənclərlə bağlı imzaladığı dövlət proqramı artıq üçüncü proqramdır ki, reallaşır. Bu sahədə qanunvericilik bazasının güclü olması, “Gənclər siyasəti haqqında qanun” layihəsi və dövlət proqramlarının olması vacibdir”.

Ülvi Quliyev bildirib ki, Azərbaycan nadir dövlətlərdəndir ki, gənclərlə bağlı bir neçə qurum fəaliyyət göstərir:

“Buna misal olaraq Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Milli Məclisdə Gənclər komitəsi, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi var ki, bunların hamısı eyni siyasəti dəstəkləyir".

Komitə sədri bildirib ki, əgər əvvəllər Gənclər Fondunun vəzifə səlahiyyətlərinə yalnız fərdi layihələrin maliyyələşdirilməsi daxil idisə, indi xaricdə təhsil, sosial müdafiəyə ehtiyacı olan gənclərin təhsil xərclərinin ödənilməsi, güzəştli kreditlərin verilməsi kimi məsələlər də qurumun siyasətinə daxildir.

 

Deputat gənclər siyasətindən danışarkən Milli Məclisin də fəaliyyət mexanizmi barədə fikirlərini bölüşüb:

“Sual oluna bilər ki, “bəs Milli Məclis olaraq bu Foruma nə verə bilərik?!”. Parlamentin komitəsi olaraq, gənclərə, gənclər siyasətinə töhfəmiz odur ki, "Gənclər siyasəti haqqında" qanunda dəyişiklik edirik".

Ülvi Quliyevin sözlərinə görə, müasir dövlət standartlarına uyğun olan dəyişikliklərə səbəb "Azərbaycan gəncliyi" Dövlət Proqramından irəli gələn vəzifələrdir.

"Biz də bunu əsas götürərək, dəyişirik. Dəyişikliyin də mahiyyəti gənclərə dəstək, sosial problemlərin həlli, məşğulluq, sahibkarlığın inkişafı, sağlam gəncliyin təşkili, hüquqların müdafiəsi və s.-dir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir