Modern.az

Qaxda qoşqulu motosiklet qəzaya uğradı

Qaxda qoşqulu motosiklet qəzaya uğradı

16 Noyabr 2018, 22:19

Axşam saatlarında Qax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaratala kəndi ərazisində qeydə alınıb. Qoşqulu motosikletlə hərəkətdə olan 1995-ci il təvəllüdlü yerli sakin Abdullazadə Elnur Qürbət oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpıb.

 

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Tibb müəssisəsindən “Report”a bildirilib ki, E.Abdullazadənin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bundan əvvəl İmişlidə yol qəzası baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi