Modern.az

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

17 Noyabr 2018, 12:09

Bakıda restoran yanıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

 

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir