Modern.az

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

17 Noyabr 2018, 13:03

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 14-16° isti,

Bakıda gecə 8-10°, gündüz 14-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 3-7° isti təşkil edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir