Modern.az

İlham Əliyevin Belarus səfərindən gözləntilər...

İlham Əliyevin Belarus səfərindən gözləntilər...

19 Noyabr 2018, 15:05

Prezident İlham Əliyev Belarusun paytaxtı Minksdə səfərdədir. Bəs görəsən İlham Əliyevin bu səfərindən hansı gözləntilər var?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki,  Belarus Azərbaycanın strateji tərəfdaşına çevrilib.

 

“Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və guya Ermənistanla yaxın olmalıdır. Amma görürük ki, əməldə həm Belarus, həm də Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və Azərbaycanla əməkdaşlığa maraqlıdırlar. Təsadüfi deyil ki, bu günlərdə Belarus prezidenti Azərbaycan səfiri ilə görüş zamanı Ermənistandan narahatlığını da qeyd etmişdi, bu da Ermənistanda böyük narazılığa səbəb olmuşdu. Daha sonra Azərbaycan Prezidenti Belarus səfirini Bakıda qəbul etdi və Belarusa dəstək ifadə etdi.

 

Azərbaycanla Belarus arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf edir, Azərbaycan Belarusdan hərbi texnika alır. Düşünürəm ki, Prezident İlham Əliyevin bu səfəri zamanı əməkdaşlığın daha üst səviyyəyə qaldırılması üçün müxtəlif sənədlər imzalanacaq. Ermənistan nə qədər narazı qalsa da Azərbaycan Belarusdan silah və hərbi texniki alacaq”.

 

Politoloq bildirib ki, Belarus Qarabağ danışıqlarında birbaşa iştirakçı deyil.

 

“Belarusun Rusiyanın əlində olduğu qədər alətləri də yoxdu. Hər halda bizə dəstək verir, hərbi əməkdaşlıq davam edir. Amma çox təəssüf ki, bu hərbi əməkdaşlığın Qarabağ münaqişəsinin həllinə təsiri olacağını düşünmürəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı