Modern.az

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”

Dünya

19 Noyabr 2018, 17:18

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla Belarus hakimiyyəti arasındakı söz savaşı davam edir.

 

Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, o, Belarus XİN-nin onun barəsində dediyi sözləri sərt tənqid edib.

 

“Mən təəssüf edirəm ki, keçmiş Sovet İttifaqı ərazisində Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi kimi şəxslər çalışır. Mənim babam iki qardaşı ilə birlikdə Belarusu azad edən zaman həlak olub. Belarus xalqı bütün bu faktları bilə-bilə erməni xalqına hörmət etməlidir”.

 

Paşinyan Ermənistan kiçik dövlət və kiçik xalq kimi yanaşılmasından narazı qalıb.

 

“Bizim maraqlarımızla hamı hesablaşmalıdır və söz verirəm ki, hesablaşacaqlar”-deyə Paşinyan deyib.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi