Modern.az

Putinlə Ərdoğan görüşüb

Putinlə Ərdoğan görüşüb

19 Noyabr 2018, 18:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə baş tutub.

 

Liderlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafına və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur.

 

Prezidentlərin görüşü mətbuat üçün qapalı keçib və saat yarım davam edib. 

 

Xatırladaq ki, noyabrın 19-da Vladimir Putin Türkiyəyə səfər edib.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak ediblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...