Modern.az

Bank hesabından 790 manat oğurlayan tutuldu

Bank hesabından 790 manat oğurlayan tutuldu

Aktual

20 Noyabr 2018, 12:11

Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın  çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə