Modern.az

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı

20 Noyabr 2018, 22:14

Polşanın aparıcı iqtisadi “wpn.pl” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri barədə informasiya yayıb. Modern.az xəbər verir ki, yazıda Azərbaycan və Belarus prezidentlərinin görüşlərində, mətbuata bəyanatlarında iki ölkə arasında iqtisadi, siyasi, ticari əlaqələrin inkişafı ilə bağlı söylənilən fikirlərin, imzalanan sənədlərin əhəmiyyətindən söhbət açılır.

Qeyd olunub ki, Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko dost və qardaş ölkələr olan Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün istiqamətlərdə inkişafından məmnunluqlarını ifadə ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?