Modern.az

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya

Aktual

20 Noyabr 2018, 23:12

ABŞ 2 Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, sanksiyalar altına Rusiyanın "Promsıryoimport" və "Global Vision Group" şirkətləri düşüb.

 

Bundan əlavə, sanksiyalar siyahısına İranın "Tadbir Kish" şirkəti və "Promsıryoimport" şirkətinin direktor müavini Andey Doqayev daxil olmaqla 6 fiziki şəxs düşüb.

 

İran neftinin Suriyaya tədarükünün təşkilatçısının Rusiyada yerləşən "Global Vision Group" şirkətini sahibi Suriya vətəndaşı Məhəmməd Amer əş-Şvikinin olduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır