Arxiv
21 Noyabr 2018, 09:15 | MƏDƏNİYYƏT
Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA

Son zamanlar avtomobil idarə edən xanım sürücülər arasında belə bir fikir dolaşır: “Hündürdaban ayaqqabı ilə maşın sürmək olmaz, polis görəndə cərimələyir”.

Bu sözü eşidən sürücü xanımların əksəriyyəti sükan arxasında olarkən, gündəlik istifadə etdikləri hündürdaban ayaqqabılardan imtina edirlər.

Avtomobil idarə edən xanımlarının narahatlığına səbəb olan bu fikir Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bir neçə il öncə sürücülərin ayaqqabı seçimi ilə bağlı xəbərdarlıq etməsindən qaynaqlanır. Belə ki, 2015-ci ilin yay aylarında Yol polisi çəkələklə maşın sürənlərə xəbərdarlıq edərək, onların barəsində cəza tətbiqinin mümkünlüyünü bəyan etmişdi. Maraqlıdır, görəsən, hazırda yol polisi, həqiqətən də, çəkələk, hündürdaban ayaqqabı geyinən sürücüləri cərimə edə bilərmi?

Bu barədə Modern.az-a danışan Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkət qaydalarında sürücülərin geyimləri ilə bağlı heç bir tələb yoxdur:


“Nə ayaq geyimində, nə də digər seçimlərdə yol polisi sürücüyə inzibati cərimə tətbiq edə bilməz. Kimə necə rahatdırsa, avtomobilini o cür geyimdə idarə edə bilər. Praktiki tərəfinə gəlincə isə dikdaban ayaqqabılarla, eləcə də çəkələklərlə avtomobili idarə etmək çətindir. Çünki avtomobillərin pedalları elə tərtib edilir ki, ayaqqabının altı maşın döşəməsindən azca yüksəkdə olmalıdır. Xanımlar özləri də yaxşı bilir ki, dikdaban ayaqqabı ilə avtomobili sürmək çətindir. Bununla bərabər, qadınlar saçlarını müəyyən formada saxlamaq üçün vasitələri (“zakolka”) də maşın sürərkən istifadə edirlərsə, diqqətli olmalıdırlar. Məsələn, təcrübədə arxadan saça vurulmuş iti dişli metal “zakolka”nın adi bir qəzada qadın sürücünün başına bataraq onu öldürməsi məlumdur.

Qeyd etdiyim kimi, yol hərəkəti qaydaları sürücünün geyiminə və ayaqqabısına dair heç bir tələb irəli sürmür. Buna görə də hər hansı geyimə və ayaqqabıya görə sürücünün cərimələnməsi nəzərdə tutulmur. Amma hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq vacibdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44