Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktor müavini təyin olunub.
Bu barədə Modern.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.
V.Hüseynov qeyd edib ki, bu dəyişikliklə T.Pənahovun vəzifəsi artırılıb:
“Mərkəz özündə 7 Elmi-Tədqiqat İnstitutunu birləşdirir. Üzümçülük və Şərabçılıq da bunlardan biridir”.