Modern.az

3000 manatlıq qızıl oğurlayan şəxs tutuldu

3000 manatlıq qızıl oğurlayan şəxs tutuldu

Aktual

21 Noyabr 2018, 15:01

Masallıda evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 60 manat oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini İzzət Əhmədzadə saxlanılıb.

 

Onun cari il oktyabr ayının 4-dən noyabr ayının 20-dək olan müddətdə daha bir evdən 95 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə