Modern.az

Elektrik dirəyinə dəyən “Nissan” aşdı, sürücü öldü

Elektrik dirəyinə dəyən “Nissan” aşdı, sürücü öldü

Aktual

21 Noyabr 2018, 15:28

Balakən rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 21-də saat 1 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və zərbədən avtomobil aşıb.

Sürücü hadisə yerində ölüb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə