Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı və Strateji Yol Xəritəsinə uyğun olaraq Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad rayonu birlik istehsal kooperativi” yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına ümumilikdə 1100 ha torpaq sahəsi verilib.
Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir.