Modern.az

Millətlər Liqasının yeni mövsümünün TƏQVİMİ Azərbaycan millisi D Liqasında  

Millətlər Liqasının yeni mövsümünün TƏQVİMİ - Azərbaycan millisi D Liqasında   

Aktual

21 Noyabr 2018, 16:30

UEFA Millətlər Liqasında növbəti (2020-2021) mövsümün təqvimini açıqlayıb. 

Modern.az xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, yeni mövsüm 2020-ci ilin sentyabr ayında başlayacaq. 

Azərbaycan milli komandası Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San-Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, növbəti mövsümün püşkatma mərasimi isə 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.

Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi


Qrup mərhələsi


1-ci tur: 3-5 sentyabr 2020-ci il

2-ci tur: 6-8 sentyabr 2020-ci il

3-cü tur: 8-10 oktyabr 2020-ci il

4-cü tur: 11-13 oktyabr 2020-ci il

5-ci tur: 12-14 noyabr 2020-ci il

6-cı  tur: 15-17 noyabr 2020-ci il


Final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. Avro-2020-nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə