Modern.az

On ayda Gömrük Komitəsinə 1,9 milyon elektron müraciət daxil olub

On ayda Gömrük Komitəsinə 1,9 milyon elektron müraciət daxil olub

Aktual

21 Noyabr 2018, 18:56

2018-ci ilin yanvar-oktyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 983 min 194 elektron müraciət daxil olub.

Bu haqda Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.

Həmçinin bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinə 253 min 862 müraciət daxil olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə