Modern.az

Şahzadə barədə cinayət işi açılıb

Şahzadə barədə cinayət işi açılıb

Aktual

21 Noyabr 2018, 22:29

Yəməndə soyqırımda əli olduğu üçün Əbu Dabinin vəliəhdi Məhəmməd bin Zayed əl-Nəhyan barəsində cinayət işi açılıb. Modern.az xəbər verir ki, bu barədə Fransada Prezident Emmanuel Makronla görüşmək üçün səfərdə olan Beynəlxalq Hüquq və Azadlıqların Müdafiəsi Alyansının vəkili Cozef Breham məlumat verib.

 

Breham Zayedin Yəmən müharibəsinin səbəbkarlarından biri olduğunu bildirib.

 

Qeyd edək ki, Yəməndə 4 il əvvəl şiddətlənən vətəndaş müharibəsi səbəbindən minlərlə mülki şəxs ölüb, milyonlarla insan aclıq təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə